Çempionlar Liqası oyunundan sonra 41 ölüm

Çempionlar Liqası oyunundan sonra 41 ölüm

UEFA Çempionlar Liqasında İngiltərə "Liverpul"u ilə İspaniya "Atletiko"su arasında keçirilmiş 1/8 final mərhələsinin cavab görüşü Böyük Britaniya sakinlərinin koronavirusa yoluxmalarına təsir göstərib.

Sport7.az xəbər verir ki, bu, "Edge Health" analitik şirkətinin Britaniya Milli Səhiyyə Xidməti üçün apardığı araşdırma nəticəsində müəyyənləşib.

Martın 11-də Liverpulda təşkil olunmuş qarşılaşma qonaqların əlavə vaxtda 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə "Atletiko" 1/4 finala yüksəlib. "Enfild" stadionundakı görüşü 52 000-dən çox tamaşaçı izləyib.

Matça Madrid komandasının 3 000-dən çox azarkeşi gəlib. Bu, London və Oksford Universitetinin İmperiya Kollecinin göstəricilərinə əsasən, İspaniyada koronavirusa 640 000, Böyük Britaniyada isə 100 000 nəfərin yoluxduğu vaxtda baş verib. Matçdan 25 - 35 gün sonra yaxınlıqdakı xəstəxanalarda digər klinikalara nəzərən 41 pasiyent çox ölüm olub.

Martda Berqamo şəhərinin meri Corcio Qori bildirib ki, İtaliya "Atalanta"sı ilə İspaniya "Valensiya"sı arasında keçirilmiş 1/8 final mərhələsinin digər matçı Avropada koronavirusun yoluxmasına əhəmiyyətli təsir göstərib. Fevralın 19-da keçirilmiş qarşılaşma Milandakı "San Siro" stadionunda təşkil olunub və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.

Qeyd edək ki, Böyük Britaniyada futbol yarışları, habelə, avrokubok qarşılaşmaları martın ortalarında dayandırılıb. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR