"Çempionluq uğrunda sonadək mübarizə aparacağıq" - Frederiko

"Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko "Zirə” ilə oyundan (3:0) sonra klubun rəsmi saytına açıqlama verib.
 
Sport7.az xəbər verir ki, ilk qolun müəllifi olan braziliyalı futbolçu azarkeşlərin dəstəyinə görə sevindiyini bildirib: "Böyük hesabla qalib gəlsək də, asan olmadı. Çox vacib qələbə idi. Ardıcıl üçüncü qələbədən sonra turnir cədvəlinin 2-ci pilləsinə yüksəldik. Çalışacağıq hər oyunda qalib gəlib liderlə xal fərqini azaldaq. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Azarkeşlərin yenidən bizi dəstəklədiyinə çox sevinirəm. Onlardan hər oyunda dəstək gözləyirik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR