Əmrah Çəlikəldən püşkatmaya münasibət - AÇIQLAMA

Əmrah Çəlikəldən püşkatmaya münasibət - AÇIQLAMA

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Sport7.az xəbər verir ki, ölkəmizi sözügedən turnirdə təmsil edən "Qarabağ"ın artıq potensial rəqibləri də bəllidi.

Bunlar "Ayaks" (Hollandiya), PAOK (Yunanıstan), "Yanq Boyz" (İsveçrə), "Standard (Belçika) və "Sent-Etyen" komandalarıdı. Maraqlıdı, görəsən "Qarabağ" bu komandalardan hansı ilə qarşılaşmaq istəyir?

Saytımıza açıqlama verən ağdamlıların icarçı direktoru Əmrah Çəlikəl saat 16:00-da başlayacaq püşkatma mərasimini gözlədiklərini, rəqibinin kimliyindən asılı olmayaraq qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirdi: "Vallah, hansı rəqib gələcəksə, onu da gözləyirik. Nəzərə alaq ki, rəqibləri biz yox, püşkatma təyin edir. İndi də gözləmə mövqeyindəyik. Xeyirlisi nədirsə, o da olsun. Əsas odur ki, biz qrup mərhələsinə vəsiqə qazana bilək".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR