Ən çoxu

Ən çoxu "Neftçi"dən, ən yaxşısı "Qarabağ"dan

"InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XIV turunun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb.
 
Sport7.az xəbər verir ki, 2019-cu ilin sonuncu turundan sonra rəmzi yığmaya "Neftçi"dən 5, "Zirə"dən 4, "Qarabağ"dan isə 2 futbolçu düşüb.

Qapıçı: Səlahət Ağayev – 260 ("Neftçi”)-2
Müdafiəçilər: Ailton Silva - 298 ("Qarabağ”)-4, Anton Krivotsyuk – 331 ("Neftçi”)-3, Adrin Skarlatake - 298 ("Zirə”)-3, Tural Axundov - 253 ("Neftçi”)
Yarımmüdafiəçilər: Nicat Süleymanov– 315 ("Zirə”), Elvin Camalov - 300 ("Zirə”), Emin Mahmudov - 296 ("Neftçi”), Dani Kintana – 332 ("Qarabağ”)-4
Hücumçular: Xulio Sezar Rodrigez - 287 ("Zirə”)-4, Stiven Monroz - 277 ("Neftçi”)-5
 
XIV turunun ən yaxşı futbolçusu isə 332 göstərici ilə "Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana olub. İspan futbolçu "Keşlə”yə qarşı görüşü (2:2) əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.
 
Rəmzi yığmada oyunçuların adının qarşısındakı rəqəm "InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR