Endi Marrey:

Endi Marrey: "Əvvəlki səviyyədə mübarizə apara bilmək üçün ilin sonuna kimi 12-15 matçda oynamalıyam"

Əməliyyatdan sonra fərdlərin mübarizəsində yenidən top səviyyədə mübarizə aparmağa çalışan Endi Marrey son vəziyyəti barədə danışıb:

"Yüksək səviyyədə çıxış etmək istəyirəmsə, fiziki formamı bərpa etməliyəm. Narahatlıq olsa da, əməliyyatdan əvvəl elit səviyyədə oynamağa davam edirdim. Qayıdışımın uğurlu olub-olmayacağını dəqiq deyə bilmərəm. Fiziki formamla bağlı konkret nə qədər çalışmalı olduğumu bilmirəm. Amma hazırda ağrılarsız oynayıram. Odur ki, cəhd etməmək üçün səbəb yoxdu.

Əvvəlki səviyyədə mübarizə apara bilmək üçün ilin sonuna kimi 12-15 matçda oynamalıyam. İki ildi ki, həmin səviyyədən uzağam. Uzun müddət keçir və orqanizmin yenidən eyni tempi bərpa etməsi üçün zamana ehtiyac var".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR