Endi Marrey:

Endi Marrey: "Mən "ilk 20-lik"də və ya "30-luq"da qərarlaşan tennisçilər kimi yox, top-60, top-70 səviyyəsində oynayıram"

ATP reytinq cədvəlinin sabiq bir nömrəsi Endi Marrey Çjuhaedə keçirilən turnirdə Aleks de Minaura məğlubiyyətini şərh edib:

"Dünən karyeramda ilk dəfə oyundan əvvəl məşq etmədim. Birinci mərhələdən sonra çox yorğun idim və bərpa prosesini tamamlamağa çalışırdım. Ona görə də yanaşmamı dəyişməli oldum.

Ümumiyyətlə, hazırda bədənimə istirahət verə bilmək üçün müxtəlif üsullar axtarışındayam. Əvvəllər belə etməzdim. Keçmişdə heç vaxt məşqləri qaçırmazdım".

Britaniyalı raketka ustası Pekin turniri ərəfəsində şanslarını da dəyərləndirib:

"Pekində səviyyə yüksək olacaq. Mən "ilk 20-lik"də və ya "30-luq"da qərarlaşan tennisçilər kimi yox, top-60, top-70 səviyyəsində oynayıram. Odur ki, orada oyunlardan qalib ayrılmaq çətin olacaq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR