Entoni Coşua - Aleksandr Usik döyüşü

Entoni Coşua - Aleksandr Usik döyüşü "Tottenhem"in stadionunda keçirilə bilər

WBO, WBA, IBF və IBO versiyaları üzrə dünya çempionu Entoni Coşuanın promouteri Eddi Hirn britaniyalı boksçunun növbəti döyüşünün potensial məkanı barədə danışıb:

"IBF Pulyevlə döyüş üçün aprel ayına kimi, WBO isə Usiklə döyüş üçün 6 ay vaxt verib. İlk əvvəl Pulyevlə döyüşün keçirilməsi üçün WBO-dan icazə almalıyıq.

Aleksandr Usikin komandası ilə danışmalıyıq. Onun Çisora ilə qarşılaşması ehtimal daxilindədi. Daha sonra qalibin bizim döyüşün qalibi ilə qarşılaşması müzakirə olunur. Və ya vakant kəmər uğrunda görüş də keçirilə bilər.

"Uembli" ən yaxşı variant deyil. "Tottenhem"in əla stadionu var. Ruislə revanş döyüşünə ev sahibliyi etmək niyyətində idilər, sadəcə, tarixlər uyğun olmadı. İndi yenə döyüşü keçirməkdə maraqlıdılar".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR