Entoni Deyvis rəsmən

Entoni Deyvis rəsmən "Leykers"də (FOTO)

"Leykers" Entoni Deyvisi heyətinə qatdığını rəsmən bəyan edib.

Los-Anceles klubu 26 yaşlı basketbolçu qarşılığında Lonzo Boll, Coş Hart, Brendon İnqrem və DeAndre Hanterin treyd haqlarını "Nyu-Orlean"a göndərib. Həmçinin "Pelikans" 2 birinci tur seçim haqqı, 1 birinci tur piklərini dəyişmə hüququ və əlavə maliyyə vəsaiti əldə edib.

Treydin şərtlərinə əsasən, maliyyə təzminatının əvəzində "Leykers" İsaak Bonq, Cemerrio Cons və Morits Vaqneri, o cümlədən ikinci tur seçim haqqını "Vaşinqton"a verib.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR