Entoni Deyvisin

Entoni Deyvisin "Leykers"ə treydi reallaşdı

"Nyu-Orlean" və "Leykers" Entoni Deyvisin treydini razılaşdırıblar.

Bu barədə ESPN-in insayderi Edrian Voynarovski məlumat yayıb. Anlaşmaya əsasən, Entoni Deyvis "Leykers"ə keçib, əvəzində isə "Nyu-Orlean" Brendon İnqram, Lonzo Boll, Coş Hart və növbəti həftənin cümə axşamı keçiriləcək NBA draftının dördüncü seçim haqqı da daxil olmaqla, üç birinci tur draft seçim haqqı əldə edib.

Qeyd edək ki, Deyvis 2012-ci ildə "Nyu-Orlean" tərəfindən birinci sıradan draft edilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR