Erik Ramos:

Erik Ramos: "İki mövsüm əvvəl "Sumqayıt”ı 8:1 hesabı ilə məğlub etmişdik" - MÜSAHİBƏ

"Neftçi”nin paraqvaylı yarımmüdafiəçisi Erik Ramosun Sport7.az saytına müsahibəsi

- "Sumqayıt”ı 3:2 hesabı ilə məğlub etdiyiniz oyun haqda nə deyə bilərsən?
- Çətin oyun alındı. "Sumqayıt” meydana yüksək motivasiya ilə çıxmışdı. Qapımızda da çox tez qol gördük. Bununla belə, özümüzdə güc tapıb, matçın gedişatını dəyişdik və mühüm qələbə qazandıq.

- "Sumqayıt”ın hesabı açmasını "Neftçi”nin arxayınçılığı ilə əlaqələndirmək olar?
- Ola bilsin ki, "Sumqayıt”a qarşı bir qədər rahat çıxmışdıq meydana. Amma "Sumqayıt” zəif komanda deyil. İldən-ilə də komanda yaxşılaşır. İki mövsüm əvvəl "Sumqayıt”ı burada 8:1 hesabı ilə məğlub etmişdik. Amma indiki vəziyyətdə bu mümkün deyil.

- Oyunun gedişində müdafiənin solunda qərarlaşdın. Fərqli mövqedə oynamaq çətin deyildi?
- Həmin mövqedə özümü yad hiss etmirdim. Çünki Paraqvayda müdafiənin solunda oynamışam. Odur ki, problem yoxdur.

- İddialı klub olmayan "Sumqayıt”dan buraxılan 2 qolu "Neftçi” üçün mənfi hal saymaq olar?
- Biz çox tez qol buraxdıq. Bütün problemlər də ordan başladı. "Sumqayıt”ın heyətində də sürətli futbolçular var, ağıllı oynayırlar. Ümumiyyətlə, "Sumqayıt” bütün komandalar üçün problemdir.

- "Neftçi” meydana çıxanda artıq "Qarabağ”ın uduzmasından xəbərdar idi. Düşünmək olar ki, bu məqam komandanızı oyuna daha da motivasiya etdi?
- Həqiqətən də meydana çıxanda nəticədən xəbərdar idik. "Qarabağ”ın uduzduğunu bilirdik. Bu, motivasiyamızı daha da artırdı. Bilirdik ki, mütləq 3 xal qazanmalıyıq. "Qəbələ”nin qələbəsi bizə "Qarabağ”a yaxınlaşmaq fürsəti verirdi. İndiki halda onlardan cəmi 2 xal geri qalırıq.

- Növbəti turda "İnter”lə qarşılaşacaqsınız. Bu, "Neftçi” üçün ilin son oyunudur. Həmin görüş haqda nə deyə bilərsən?
- "İnter”lə aramızda xal fərqi çox azdır. Odur ki, bizi "İnter”ə qarşı çox ağır oyun gözləyir. Həmin oyunda qələbə qazanıb, fasiləyə rahat şəkildə yollanmaq istəyirik.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR