Əsəbi oyunçuya iki turluq

Əsəbi oyunçuya iki turluq "terapeya"

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sport7.az xəbər verir ki, qurum futzal çempionatları və Həvəskarlar Liqası ilə bağlı aşağıdakı qərarları qəbul edib.

8 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Araz” – EKOL matçının 40-cı dəqiqəsində "Araz” klubunun 17 №-li futzalçısı İsa Atayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klub 1 oyun cəzalanır (maddə 48).

11 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – "Araz” matçının 38-ci dəqiqəsində EKOL klubunun 7 №-li futzalçısı Ramiz Çovdarov aqressiv davranışa görə meydandan kənarlaşdırıldığı üçün klub 2 oyun cəzalanır (maddə 38.1).

12 may 2019-cu il, futzal üzrə İkinci Liqanın "Atletiko Baku” – "Təbriz” matçında "Təbriz” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

11 may 2019-cu il, Azərbaycan həvəskarlar liqasının "Fədək” – "Neftçala” matçında "Fədək” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR