Əsgər Abdullayev yenidən

Əsgər Abdullayev yenidən "Araz Naxçıvan"da

2013/2014-cü il mövsümündə "Araz-Naxçıvan" PFK-nın "sükanı arxası"nda Azərbaycan Birinci Divizionunun qalibi olan baş məşqçi Əsgər Abdullayev yenidən komandanın sükanı arxasına keçib.
 
Sport7.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasiyasında aparılan struktur dəyişikliyindən sonra muxtar respublikada futbolun inkişafı, kütləviliyi üçün müəyyən addımlar atılmağa başlanılıb. İlk olaraq, bu mövsümdən etibarən 10, 11, 12, 13 və 14 yaşlı uşaqlar arasında Naxçıvan Muxtar Respublika çempionatı start götürəcək. 

Futbolçuların peşəkarlığını artırmaq, komandalar arasında rəqabətin yüksək olması üçün bir çox peşəkar məşqçi Naxçıvana dəvət olunacaq. İstər futbolçu, istərsə də məşqçilik karyerası zəngin olan Əsgər Abdullayev də artıq Naxçıvandadır. Onunla qarşıdakı günlərdə 1+1 illik müqavilə imzalanacaq.
 
Əsgər Abdullayev komandanın baş məşqçisi olmaqla yanaşı, eyni zamanda muxtar respublikada uşaqlar, xüsusilə böyüklər arasında keçiriləcək çempionatlarda çıxış edəcək komandalara da nəzarət edəcək. Məqsəd isə istedadlı futbolçuları üzə çıxarmaq və onları əsas komandaya dəvət etməkdi.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası tərəfindən Naxçıvana dəvət edilən Əsgər Abdullayevə yeni işində uğurlar arzulayırıq. İnanırıq ki, muxtar respublikanın futbol azarkeşləri 5 mövsüm öncə qazanılan ölkə çempionluğunu yenidən Abdullayevlə əldə edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR