“Espanyol”un sabiq baş məşqçisi koronavirusun qurbanı oldu

“Espanyol”un sabiq baş məşqçisi koronavirusun qurbanı oldu

İspaniyanın "Espanyol” klubunun sabiq baş məşqçisi Benito Xoanet vəfat edib.

Sport7.az xəbər verir ki, 84 yaşlı mütəxəssisin ölümünə koronavirus səbəb olub. Barselonada anadan olmuş Xoanet vaxtilə bir sıra komandaların, o cümlədən "Espanyol”la "Deportivo”nun qapıçısı kimi çıxış edib. 
 
Məşqçi kimi "Deportivo”, "Erkules” və "Kadis”də də işləmiş mütəxəssis karyerasında üç dəfə komandasını Sequndadan Primeraya çıxarıb.

Xoanet son vaxtlar xroniki xəstəliklərdən əziyyət çəkirdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR