Azərbaycan çempionatının ən yaxşı futbolçusu - Essyen açıqladı

Azərbaycan çempionatının ən yaxşı futbolçusu - Essyen açıqladı

Hazırda "Səbail" klubunda çıxış edən Qana milli komandasının sabiq futbolçusu Maykl Essyen Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Bu barədə 38 yaşlı yarımmüdafiəçi "Report"a eksklüziv açıqlama verib. Essyen "Neftçi"nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kaneni fərqləndirib. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"də çıxış edən Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. Koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılmış 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə yaxın günlərdə aydınlıq gələcək.  
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR