Prezident Azərbaycan xalqına müraciət etdi - VİDEO

Prezident Azərbaycan xalqına müraciət etdi - VİDEO

Avropa Boks Konfederasiyasının (EUBC) prezidenti Franko Falçinelli Azərbaycan xalqına müraciət edib. 

Sport7.az xəbər verir ki, italiyalı funksioner dünyada yayılmaqda davam edən koronavirus pandemiyasına görə "Evdə qal, sağlam qal" kampaniyasına qoşulub. 

"Hörmətli azərbaycanlı dostlar, əziz boksçular, bu dramatik günlərdə bəşər tarixində gürünməmiş bəlaya qarşı mübarizə aparmaq məcburiyyətindəyik. Mübarizə apardığımız bu rəqib rinqdən kənardadır, əlcəksizdir və heç bir qayda tanımır. Biz bir komanda kimi güclü olmalı, bütün tibbi və sanitariya qaydalarına riayət etməli, maksimum dərəcədə təmasdan çəkinməli və ən asası evimizdə qalmalıyıq", - o bildirib.

Falçinelli əlavə edib ki, hər şeyin əvvəli olduğu kimi bir sonu da var: "Biz bu çətin mübarizənin sonunda qalib gələcəyik".  

Qeyd edək ki, martda Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş boks üzrə Avropa Olimpiya Təsnifat Turniri koronavirus səbəbindən yarımçıq dayandırılıb. Həmin yarışda Azərbaycan təmsilçisi Tayfur Əliyev (57 kq) 1/4 finaladək irəliləyərək Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.  
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR