"Everton" Fransa yığmasının üzvü ilə yeni müqavilə bağladı

"Everton” Lukas Din ilə müqaviləni yeniləyib.

Sport7.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Fransa yığmasının da üzvü olan sol cinah müdafiəçisi 2018-ci ildən "Everton”da çıxış edir.

Din daha əvvəl İtaliyada "Roma”, Fransada PSJ, İspaniyada "Barselona”nın formasını geyinib. "Everton” onu məhz Kataloniya təmsilçisindən 20 milyon avroya transfer etmişdi.
 
Fransız futbolçu İngiltərə təmsilçisində indiyədək 97 matça çıxıb və 5 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR