Əvvəlcə Yoviç, sonra Azar -

Əvvəlcə Yoviç, sonra Azar - "Real" yeni transferlərini bu həftə təqdim edəcək

"Real" bu həftə yeni transferlərini ictimaiyyətə təqdim edəcək.

"Ayntraxt"dan transfer olunan hücumçu Luka Yoviçin təqdimat mərasimi sabah "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Bu barədə klub saytı məlumat yayıb.

"El Chiringuito"nun xəbərinə görə, digər transfer - Eden Azar isə cümə axşamı "Real" forması ilə ictimaiyyət önünə çıxacaq.

Madrid klubunun Ferlan Mendi ("Lion") və Pol Poqbanı ("Mançester Yunayted") da heyətinə qatmaq niyyətində olduğu bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR