EYOF və İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirildi

EYOF və İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirildi

Dünyanı cənginə alan koronavirus pandemiyası bütün sahələrə olduğu kimi, böyük idman yarışlarına da təsirsiz ötüşmür.
 
Sport7.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul – 8 avqust tarixlərinə keçirilməsi gələn il təşkili nəzərdə tutulan 2 mötəbər yarışın da vaxtının dəyişdirilməsinə səbəb olub.

Bu yarışlardan biri gələn ilin 24 iyul - 1 avqust tarixlərində Slovakiyanın Banska-Bıstritsa şəhərində keçirilməli olan Avropa Gənclərinin Yay Olimpiya Festivalıdır. Tokio Olimpiadasının vaxtının gələn ilə dəyişdirilməsindən sonra təşkilatçılar fərqli yaş kateqoriyaları olsa da, EYOF 2021-in 2022-ci ilin 24-30 iyul tarixlərində təşkil edilməsinə qərar veriblər.

2021-ci ilin 20-29 avqust tarixlərində Türkiyənin Konya şəhərinin qəbul etməli olduğu 5-ci İslam Həmrəyliyi Oyunları ilə Tokio Olimpiadası arasındakı qısa zaman kəsiyi səbəbindən İslam Oyunlarının Təşkilat Komitəsi bu yarışın 2022-ci ilin avqustunda keçirilməsinə qərar verib.

2 ildən bir təşkil edilən EYOF və 4 idən bir keçirilən İslam Həmrəyliyi Oyunları üzrə son yarışlara Azərbaycan ev sahibliyi edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR