Əzizova:

Əzizova: "Bu nəticəni təkrarladığım üçün sevincliyəm"

Qadınlardan ibarət milli koandanın üzvü, dünya çempionatının bürünc mükafatçısı Fəridə Əzizova çıxış etdiyi yarış haqda fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, xanım idmançımız bu gün AGİN-də baş tutan görüşdən sonra jurnalistlərə açıqlama verib: "Altı ildən sonra əz azından bu nəticəni təkrarladığım üçün sevincliyəm. Hamı kimi mən də birinci yer üçün döyüşürdüm. Mübarizə apardığım 67 kq çəki dərəcəsi Olimpiya çəkisi olduğu üçün hər bir görüş gərgin keçir. Rəqiblərim də təcrübəlidirlər. Bu çəki dərəcəsində vahid lider yoxdur. Hər dəfə qalib dəyişir və bu dəfə də çempion Menqyu Janq oldu".

Usta taekvondoçu reytinqini də yaxşılaşdırıb. Onun yeni siyahıda irəliləyəcəyi də gözləniləndir. Olimpiya lisenziyası üçün vacib xallar olacağını bildirb: "Hər yarışda tutduğun yerə əsasən hesabımıza reytinq xalları əlavə edilir. Dünya çempionatı da bu baxımdan böyük təkan olacaq. Qarşıda bizi bir çox mötəbər turnirlər, həmçinin Qran-pri gözləyir. Bu yarışda yaxşı formadaydım. Sadəcə rəqiblərim təcrübəli və güclü idilər. Artıq yarımfinal və final döyüşləri lotereya kimidir. Bu gün başqası, sabah mən çempion ola bilərəm”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR