Fabreqas:

Fabreqas: "İspaniyada rəqibi məğlub etmək asandır"

Çelsinin futbolçusu Fransesk Fabreqas premyer liqanın səviyyəsi haqda danışıb və onu İspaniya çempionatı ilə müqayisə edib.

"2011-ci ildə buranı tərk etdikdən sonra liqa güclənib. Komandalar xüsusilə müdafiədə və sabitlikdə artırıblar. Bu isə o deməkdir ki, titulu qazanmaq indi daha çətindir. Hazırda komandalar üçün hücum edib qol vurmaq asan deyil. İspaniya liqası daha çox texnika və taktikası ilə seçilir. Amma İngiltərə premyer liqası da xeyli irəliləyib.
Bu o demək deyil ki, İspaniyada rəqibi məğlub etmək asandır. İngiltərədə səfər matçlarında çətin olur".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR