Fanat.az 11 yaşında!

Fanat.az 11 yaşında!

Bu gün Fanat.Az-ın yaranmasının 11 ili tamam olur.

2008-ci ilin 5 oktyabrında müstəqil Fanat.Az domenində fəaliyyətə başlayan sayt Azərbaycanın ilk milli xəbər portalıdı. Bu vaxta qədər rus dilində, həmçinin agentliklərin əlavəsi olaraq Azərbaycan dilində xəbər saytları fəaliyyət göstərsə də, Fanat.Az ilk dəfə müstəqil şəkildə və doğma dildə fəaliyyət göstərən idman saytı olaraq tarixə düşüb. Bundan sonra yeni saytlar fəaliyyətə başlayıb və Azərbaycan idman mediası inkişaf dövrünə qədəm qoyub.

İlk gündən oxucuların sevimlisi olan Fanat.Az qısa müddətdə idman mediasının öncüllərindən birinə çevirilib. Azərbaycanla yanaşı, ölkə xaricində yaşayan minlərlə soydaşımız hər gün idman xəbərlərini məhz Fanat.Az səhifələrindən oxuyur.

Zaman-zaman maliyyə böhranı ilə üzləşsə də, çətinliklərə sinə gərərək fəaliyyətini davam etdirən sayt bu gün 11 yaşını qeyd edir. 
 
 
Sport7.az-ın kollektivi "Fanat.az" ailəsini ad günü münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR