Fariz Nəcəfov:

Fariz Nəcəfov: "Onu unutmağımıza hələ çox var"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" Macarıstanın MTK klubunu hər iki görüşdə məğlub edərək adını növbəti mərhələyə yazdırdı. Sport7.az saytına müsahibə verən "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov 2:0 hesablı qələbəni şərh etməklə yanaşı, komanda ilə bağlı suallarımızı da cavablandırıb.

- "Oyun gözlədiyimiz kimi keçdi. Uşaqlar meydana inamla çıxdılar. Əsas odu ki, ilk oyunda qazanılan qələbə futbolçuları arxayınlaşdırmadı. Hamı məsuliyytəi dərk edib sona qədər oynadı".  

- İkinci hissə darıxdırıcı olmadı?
- Qoy darıxdırıcı olsun, amma mərhələ adlayaq.

- Fariz bəy, komanda güclənəcək?
- Marsel Essombeni ilə danışıqları yekunlaşdırmışıq. Futbolçu ilə tibbi baxışdan keçdikdən sonra 2 illik müqavilənin bağlanılması nəzərdə tutulub. "Lill"lə oyuna qədər adını sifariş ərizəsinə daxil edəcəyik.

- Maraqlıdı ki, Essombeni "Qəbələ"dən əvvəl Rumıniya "Astra"sı ilə danışıqlar aparıb, ancaq son anda müqavilə imzalamaqdan imtina edib. "Astra"nın çalışdırıcısı da futbolçunu saxtakarlıqla ittiham edir. Bu təhlükə "Qəbələ"ni gözləmir ki?
- Bundan xəbərim var. Ancaq onların arasında söhbətin nə dərəcədə dəqiqləşdiyini bilmirəm. Bununla agentlər məşğul olur. Belə hal ola bilər. Bildiyiniz kimi, Dabo ilə eyni komandada çıxış edib. Baqali Dabonun "Qəbələ"yə keçidindən sonra Essombeni ilə də danışıqlara başlamışdıq. Bizim ona təklif etdiyimiz məbləğ "Astra"nın verdiyidən çox deyil. 

- Keçən il bu vaxt Bakıya "Apallon" gəlmişdi. Bu dəfə isə rəqib Fransa "Lill"idi...
- Sizin kimi mən də məşqçi ilə bu barədə söhbət edirəm. "Lill"in təcrübəli və güclü komanda olduğunu hamı bilir. Ancaq təcrübə deyib, dayanmamalıyıq. Keçən il də göstərdik ki, inam, zəhmət olan yerdə uğur qazanmaq mümkündü. Keçilməz sədd yoxdu. Şans varsa, bundan yararlanmaq lazımdı. 

- Yeni gələn legionerlərin çıxışı ilə bağlı fikrinizi qətiləşdirmisinizmi?
- Onların oyununu çox bəyənirəm. İki oyunun nəticəsinə görə deyə bilərəm ki, hər şey gözlədiyimiz kimi davam edir. Bilirsiz, futbolçunun Qəbələyə uyğunlaşmağı da var. Bunu da nəzərə almaq lazımdı.

- 4 oyunda 5 qol vuran Teo Uiks Dodonun yoxluğunu unutdurubmu?
- Xeyr. Dodo başqa tip oyunçudu. Onu unutmağımıza xeyli zaman var. "Panatinaikos"a səfərdə vurduğu qollar möhtəşəm idi.

- Klub prezidenti Tale Heydərov 2:0 hesablı qələbəyə canlı şahidlik edə bildi?
- Xeyr. İşləri ilə əlaqədar ölkə xaricindədi. Ancaq Macarıstandakı oyunda komandanın yanında idi.

- Səmimi etiraf edəcəyinizi bilirik. Azaldılmış və yenilənmiş heyətlə iki mərhələ adlayacağınızı gözləyirdiniz?
- Əvvəldən rəqiblər bəlli deyildi. Gücümüz nəyə çatırsa, onu da meydanda qoyuruq. Bugünə kimi keçirilən oyunların nəticəsinə görə komandadan razıyıq. Yenə də ciddi hazırlaşmaq lazımdı. Arxayınlaşmaq olmaz.

- Komanda özünü Avroliqada yaxşı tərəfdən göstərə bilir. Ancaq məlum məsələdi ki, limitə görə bu heyətlə daxili çempionatda oynaya bilməyəcəksiz. Bunun "Qəbələ"yə necə təsiri olacaq?
- Keçən il belə problem yaşadıq. Bu daha çox mütəxəssislərə veriləcək sualdı. Heyətimizdə gənc futbolçularımız var. Fikrimdə yenə də qalıram. Futbolçu potensialımız zəifdi. Axtardığımız mövqelərə futbolçu tapmaq çətinləşib. Komandaların da sayı azdı. Akademiyamızda yetişən 12 gənc futbolçumuzun bəzilərini icarəyə verdik, ancaq digərlərin də təcrübə keçməsi üçün icrarəyə verməyə komanda tapılmır. 

- Aleksey Antonov cibi dolu getdi, yoxsa?...
- Ona təzminat ödədik və qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.

- Antonovun "Qəbələ"yə xeyiri daha çox oldu, yoxsa ziyanı?
- Keçən il Avroliqanın qrupuna düşməsində onun da payı oldu. Kiminsə zəhmətini azaldıb, çoxalda bilmərəm. Çempionatda 6 qol vursa da, bu bizə kifayət etmədi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR