Fariz Nəcəfovla görüş

Fariz Nəcəfovla görüş

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov klubun cüdo bölməsinin məşqçiləri - Rail İsmayılov və Ramil İsmayılov, cüdoçular - İmran Yusifov və Gülşən Bəşirova (hər ikisi klubun Qəbələ rayonu cüdo bölməsi yetirməsi) ilə görüşüb.
 
Sport7.az xəbər verir ki, bu barədə rəsmi "facebook" səhifəsi məlumat yayıb.
 
Nəcəfov məşqçi və cüdoçuları son dövrdə dünya və Avropa miqyaslı turnirlərdə qazandıqları böyük uğurlara görə təbrik edib və uğurlar arzulayıb. Sonda görüş iştirakçılarına hədiyyələr təqdim olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR