Faşizm üzərində qələbəyə görə keçirilən turnirdə 2 medal

Faşizm üzərində qələbəyə görə keçirilən turnirdə 2 medal

5-6 may tarixlərində Dağıstanın paytaxtı Mahaçqalada fazişm üzərində qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib. 

Sport7.az xəbər verir ki, kiçik yaşlı yeniyetmə sərbəst güləşçilərdən ibarət yığma komandamızın üzvləri bu turnirdə iştirak edib. 

400-dən artıq iştirakçının qatıldığı yarışda güləşçilərimiz 2 bürünc medal qazanıb. Yığma komandanın heyətində Səxavət Qarayev (32 kq) və Məmməd Əhmədov (46 kq) fərqlənib. 

Qeyd edək ki, yığmamızın üzvləri məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi altında turnirdə mübarizə aparıb. Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Bəşir İsazadə təmsil edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR