Fatih Terimdən ÜSYAN:

Fatih Terimdən ÜSYAN: "İstədiyinizi çempion edin, yetər ki..."

Türkiyə Superliqasının 26-cı turunda koronavirus səbəbindən azarkeşsiz keçirilən  "Qalatasaray" - "Beşiktaş" matçından sonra meydan sahiblərinin baş məşqçisi Fatih Terim mətbuat konfransında oyunu dəyərləndirib.

Sport7.az xəbər verir ki, mütəxəssis 0:0 hesabı ilə bitən derbi haqda maraqlı fikirlər səsləndirib, koronavirusa görə narahatlığını bildirib və oyunların keçirilməsinə etiraz edib: "50 min tərəfdardan olmaq asan deyil. Xüsusən də "Beşiktaş" kimi ciddi bir rəqib, çempionluğa namizədlərdən biri ilə derbi matçında. Rəqibi "həbs etdiyimiz" bir oyunda qələbə qazana bilmədik. 

FİFA 2 ay ərzində yığmaya futbolçu verməyə biləcəyimizi deyib. Türkiyədə hər tədbir, toplandılar ləğv olunub. Bir tək futbol, həndbol, basketbol. Bunlar təmas oyunudu. Futbolçuya təmas etmə, 1,5 metr kənarda dur deyək? Ən böyük zarafat Tennis Federasiyasının oyunları ləğv etməsidi. Niyə azarkeşsiz oynayırıq? Korona üzündən? 850 rəsmi şçəxs var. Birimizdə bu xəstəlik olarsa, Allah qorusun... Burda topdaşıyan uşaqlar var, canımız, bizim ailəmiz yoxdu? Heç Allahdan qorxmursunuz? Bizi azarkeşsiz və risk altında oynadırsız. Bərabərlikdən, xal itkisindən ayrı danışıram. Mən türk futboluna 50 ilimi verdim. Bir qrupun təmsilçisiyəm. Heç kimi üzmək istəmirəm, doğruları da deməliyəm. Sağlamlığımız, həyatımız önəmlidi. Belə bir bəla var, hər kəs kömək etməlidi. Bizim, oyunçuların, media nümayəndələrinin həyatları var. Akreditasiya almış 850 nəfər var, əlavələri də hesablasaq 1000 adam. Bəs 1,5 metrdən yaxın olmayacaqdıq, hanı? Oyunçular öpüşür, hər kəsin həyatı təhlükədədi. Oyun təxirə salınsa, hər kəsi evlərinə göndərsək, hadisənin təsirləri olmaz. Oyunçular şənbə günü paltardəyişmə otaqlarında soyunmaq istəmədi. Bizdə 1000 nəfər olsa, bu 9 oyunda 10000 yaxın insan edir. Bu qədər insanı hansı elmi məntiqləoynadırsız? İstədiyinizi çempion edin, yetər ki, insanlara zərər gəlməsin. Biz onsuz da hər il çətinliklərə öyrəşmişik.

"Beşiktaş"ı təbrik edirəm. Sərgən hocanın işi görünür. Daha yaxşı bir məşqçi olacaq. Oyunun hakimi olduğumuz dəqiqələrdə 1-2 boşluq verdik. Ancaq xzeyli fürsətlərimiz də oldu. Qol vura bilmədik. 3-cü zonada yanlışlıqlar vardı. Ötürmə faizmiz 3-cü zonada aşağı səviyyədə idi. 16 zərbə vurduq, bunun biri olmalı idi. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR