Fatih Terimin 5 ulduzlu sirri

Fatih Terimin 5 ulduzlu sirri

"Qalatasaray”ın baş məşqçisi Fatih Terimin yeni sirri üzə çıxıb.

Sport7.az xəbər verir ki, müsahibə zamanı Terimin iş otağına maraqlı detal diqqəti çəkib.

Təcrübəli çalışdırıcının iş otağındakı divardakı "Qalatasaray” loqosunda beş ulduz olub. 22 çempionluğu olan "Qalatasaray”ın loqosunda dörd ulduz yer alıb. Divardakı loqodakı beşinci ulduzun iki küncü doldurulub. Bu da ona işarədi ki, beşinci ulduz üçün lazım olan çempionluqların ikisi reallaşıb.

"Qalatasaray”ın qazandığı 22 çempionluğun səkkizində komandanı Fatih Terim çalışdırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR