Fazil Mustafa:

Fazil Mustafa: "Onun nəyinə "İmperator" deyirlər, anlaya bilmirəm"

Millət vəkili Fazil Mustafa "Qalatasaray”ın baş məşqçisi Fatih Terimi tənqid edib.

Sport7.az xəbər verir ki, Fazil bəy bu haqda öz şəxsi "Feysbuk" səhifəsində yazıb. O Terimə "İmperator" deyilməsini qəbul etmədiyini bildirib: "Qalatasaray”lılar inciməsin, Fatih Terim adı olan yerdə heç vaxt bu komandanı izləmirəm. Onun nəyinə "İmperator" deyirlər, açığı hələ də anlaya bilmirəm. Futboldan anlayışım var, Fatih Terim keçici emosiyalar üzərində komanda qurmaqdan başqa düşüncəyə sahib deyil. Sistem komandası qura bilməyəcəyindən də əminəm. Dünən "PSJ" niyəsə az qol atıb...Belə çıxır ki, "Real" "Qalatasaray"la daha faydalı məşq edib...”
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR