Federasiya

Federasiya "Az Alkmar"ın etirazını qəbul etmədi

Ötən ay koronavirus səbəbi ilə başa çatdırılan və çempionun elan olunmadığı Hollandiya Erediviziyasına görə "AZ Alkmaar" ölkənin Futbol Federasiyasına etirazını bildirib.
 
Sport7.az xəbər verir ki, "AZ Alkmar" cari mövsümdə baş tutan hər iki oyunda "Ayaks"ı məğlub etdikləri üçün lider kimi onların göstərilməsi və Çempionlar Liqasında iştirak etməli olduğu ilə bağlı etirazlarını bildirib. Ancaq Hollandiya Futbol Federasiyası bu etirazları qəbul etməyib. 
 
Erediviziyada hər iki komanda nın 56 xalı olsa da, "Ayaks"da top fərqi, +45, "AZ Alkmaar"da isə +37-di. Bu üzdən Amsterdam təmsilçisi lider mövqeyində qərarlaşmışdı.
 
Cari mövsüm "AZ Alkmaar" öz meydanında 1:0 məğlub etdiyi lider rəqibini səfərdə 2:0 hesablı yenilgiyə uğratmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR