Federasiyada yeni təyinatlar

Federasiyada yeni təyinatlar

Bu gün Azərbaycan Kapoera Federasiyasında idarə heyətinin iclası və məşqçilar kollegiyasının toplanışı baş tutub.
 
Sport7.az xəbər verir ki, idarə heyətinin iclasını giriş sözü ilə açan vitse-prezident Nahid Ağazadə Estoniyada yer tutan idmançıları təbrik edərək gündəlikdə duran məsələlərlə bağlı çıxış edib. Daha sonra səsvermə üsulu ilə bir neçə təyinatlar həyata keçirilib.

Oxçu Şahmuradov federasiyanın reklam şöbəsinin müdüri vəzifəsinə seçilib. Bundan əlavə məşqçilər kollegiyasınında da yeni təyinatlar olub. Zahid Rüstəmov kiçiklərdən ibarət millinin böyük məşqçisi, Fərid Allahverdiyev isə yığmanın kapitanı seçilib. 

Sonda Nahid bəy və məşqçilər kollegiyasının sədri Elgiz Əlizadə hər kəsə yeni işlərində uğurlar arzu edib.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR