Federasiyası Əliömərovun vəfatı ilə bağlı başsağlığı verdi

Federasiyası Əliömərovun vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Güləş Federasiyası (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezident və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərovun vəfatı ilə bağlı məlumat yayıb. 

Sport7.az xəbər verir ki, AGF 68 yaşlı mütəxəssisin yaxınlarına, Rusiya və Dağıstan Güləş Federasiyalarına başsağlığı verib. 

Qeyd edək ki, Maqomed Əliömərov bu gün koronavirusdan dünyasını dəyişib. O, 1952-ci il mayın 29-da Dağıstan Respublikasının Çaroda rayonunun Tlyaroş kəndində dünyaya gəlib. SSRİ idman ustası olan Əliömərov Sidney-2020 və Afina-2004 olimpiadalarında sərbəst güləşdə qazanılan uğurlara görə Rusiya Olimpiya Komitəsinin Ali Ordeni, 2007-ci ildə isə "Dostluq” ordeni ilə təltif edilib.

2008 - 2017-ci illərdə o, AGF-də sərbəst güləş üzrə vitse-prezident vəzifəsində çalışıb. Əliömərov Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib. Dağıstanlı mütəxəssis 2019-cu ildən Rusiyanın qadınlardan ibarət yığmasının baş məşqçisi kimi fəaliyyət göstərirdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR