"Vimbldon"da finalın adı: Cokoviç - Federer

"Vimbldon"da kişi tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib.

İlk olaraq Mərkəzi korta Novak Cokoviç və Roberto Bautista-Aqut çıxıb. İspan tennisçinin müqaviməti ilə üzləşməsinə baxmayaraq, Cokoviç 2 saat 50 dəqiqə davam edən görüşdən 3:1 hesabı ilə qalib ayrılmağı bacarıb. 

Digər yarımfinal oyununda Rocer Federer və Rafael Nadal üz-üzə gəlib. Tay-breykə gedən ilk seti isveçrəli tennisçi aktivinə yazdırıb. İkinci setin 4-cü və 6-cı qeymlərində breyk edən və öz servis oyunlarında xal verməyən Rafa ümumi hesaba tarazlıq gətirib. Üçüncü setin 4-cü qeymində Nadalın servisindən xal çıxaran Federer yenidən önə keçib. Dördüncü setdə də bənzər senari təkrarlanıb. Rocer bir breyk üstünlüyünü sonadək qoruya bilib. Beləliklə, 3 saat 3 dəqiqə davam edən görüşdən 3:1 hesabı ilə qalib ayrılan Federer finalda Cokoviçə rəqib olub.


Vimbldon ("Böyük dəbilqə")

London, Böyük Britaniya

Kişilər

Yarımfinal

Novak Cokoviç (Serbiya) - Roberto Bautista-Aqut (İspaniya) - 3:1 (6:2, 4:6, 6:3, 6:2)

Rocer Federer (İsveçrə) - Rafael Nadal (İspaniya) - 3:1 (7:6, 1:6, 6:3, 6:4)
 
 
Cokoviç və Federer arasındakı final matçı iyulun 14-də keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR