Federerin 10-cu Halle zəfəri

Federerin 10-cu Halle zəfəri

Almaniyanın Halle şəhərində keçirilən "Noventi Open" turnirinə yekun vurulub.

Final matçında Rocer Federer David Qoffenlə qarşılaşıb. İlk setin qalibini tay-breyk müəyyənləşdirib. Federer üstün tərəf olub. İkinci setdə üç breyk edən və servis oyunlarında rəqibinə xal verməyən isveçrəli raketka ustası 1 saat 25 dəqiqə davam edən görüşdən 2:0 hesabı ilə qalib ayrılaraq Halledə keçirilən ənənəvi turnirdə 10-cu çempionluğunu yaşayıb.


Noventi Open (ATP 500)

Halle, Almaniya

Final

Rocer Federer (İsveçrə) - David Qoffen (Belçika) - 2:0 (7:6, 6:1)


Qeyd edək ki, bu, Rocer Federerin karyerası ərzində qazandığı 102-ci tituldu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR