"Federerin 38 yaşda karyerasını davam etdirməsi mənə motivasiya verir" - Cokoviç

Novak Cokoviç Federerlə görüşdə qeydə alınan məğlubiyyətdən sonra mətbuat nümayəndələrinin önünə çıxıb.

Serb tennisçi Rocer Federerin onun üçün motivasiya mənbəyi olduğunu qeyd edib:

"Bəlkə də, 50 dəfə Rocerə qarşı oynamışam. Rafa ilə oynadığım matçların sayı isə, yəqin ki, 50-ni keçib. Təbii ki, hər məğlubiyyət ağırdı. Amma əsas rəqiblərə qarşı oyunlarda qeydə alınan məğlubiyyət və qələbələr həmişə digərlərindən fərqlənir.

Nəticədə hamımız professionalıq. İllərdi ən yüksək səviyyədə tennis oynamaq mənim üçün şərəfdi. Məğlubiyyəti qəbul edəcək və gələcək barədə düşünəcək qədər təcrübəliyəm.

Federerin 38 yaşda karyerasını davam etdirməsi mənə motivasiya verir. Hər şeyin mümkün olduğunu göstərir. Ona, kortda etdiklərinə heyranam. İllər ərzində qazandıqları və hələ də matçlarda nümayiş etdirdikləri... - o, fenomenaldı. Əsas rəqiblərimdən biri olsa da, Federeri rol-model hesab edirəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR