"Fənərbağça" Almaniyadan Dost tapıb

"Fənərbağça” heyətini niderlandlı futbolçu ilə gücləndirmək istəyir.

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi Bas Dostun transferi üçün danışıqlara başlayacaq. Super Liqa klubu hücumçunu Almaniya "Ayntraxt”ından icarəyə götürməyi planlaşdırır. Bombardirlik keyfiyyətləri ilə seçilən 31 yaşlı forvard "Fənərbağça”nın ön xəttini gücləndirməlidir.

Portuqaliya təmsilçisi "Sportinq"dən 7 milyon avroya transfer olunan Dost "Ayntraxt”da meydana çıxdığı 29 matçda 10 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR