Macarıstan millisinin futbolçusu Attila Şalayın "Fənərbağça”ya transferi reallaşıb.
Sport7.az xəbər verir ki, Türkiyə klubu Limassol "Apollon”undan alınan 22 yaşlı oyunçu ilə münasibətləri rəsmiləşdirib. O, tibbi müayinədən keçdikdən sonra "sarı-lacivərdli” formanı geyinib. Futbolçu yeni komandası ilə 4,5 illik müqaviləyə qol çəkib.
Sport7.az