"Fənərbağça" "Efes"in çempionluğuna mane oldu

Kişi basketbolçuların Türkiyə Superliqasında final seriyasının 6-cı görüşü keçirilib.

"Fənərbağça" "Anadolu Efes"i qəbul edib. Jelko Obradoviçin yetirmələri son perioddakı üstün oyunları sayəsində matçdan 85:69 hesabı ilə qalib ayrılıb. Beləliklə, "Fənərbağça" seriyada hesabı bərabərləşdirib (3:3) və çempionu müəyyənləşdirmək üçün 7-ci oyuna ehtiyac yaranıb.

Marko Quduriç 21 xalla qarşılaşmanın ən məhsuldarı olub. "Efes"in heyətində isə Şeyn Larkin 16 xalla oynayıb.


Türkiyə Superliqası

Final seriyası (6-cı görüş)

"Fənərbağça" - "Anadolu Efes" - 85:69

Seriyada hesab - 3:3


Komandalar arasındakı həlledici - 7-ci görüş iyunun 21-də "Abdi İpekçi" arenasında keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR