"Fənərbağça" final seriyasında geri düşdü

Kişi basketbolçuların Türkiyə Superliqasında final seriyasının üçüncü matçı keçirilib.

"Fənərbağça" "Anadolu Efes"i qəbul edib. Birinci periodun sonlarına yaxın xal fərqini açan qonaqlar sona qədər üstünlüyü əldən verməyib. Yekunda səfərdə "Fənərbağça"nı 74:57 hesabı ilə məğlub edən "Efes" seriyada 2:1 önə keçib.

Şeyn Larkin və Rodriq Bobua 19 xalla qarşılaşmanın ən məhsuldar oyunçuları olublar. "Fənərbağça"nın heyətində Nikola Kaliniç 17 xalla matçı tamamlayıb.


Türkiyə Superliqası

Final seriyası (3-cü oyun)

"Fənərbağça" - "Anadolu Efes" - 57:74

Seriyada hesab - 1:2


Növbəti oyun iyunun 15-də keçiriləcək. Ən tez 4 qələbə qazanan komanda çempionatın qalibi olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR