"Fənərbağça" Məsut Özilin maaşını açıqladı

"Fənərbağça" yeni transferi Mesut Özilin maaşını açıqlayıb.

Sport7.az xəbər verir ki, bu haqda İstanbul təmsilçisinin rəsmi saytınnda məlumat yerləşdirilib. Klub cari mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək.

Özilin məvacibini sabiq klubu "Arsenal" ödəyəcək. Təcrübəli futbolçu növbəti 3 mövsümün hər birində "Fənərbağça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.

"Fənərbağça" Mesut Özilin imza mərasimini yanvarın 27-də təqdim edəcəyini açıqlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR