"Fənərbağça" və ÇSKA pley-offa qələbə ilə başladı

Kişi basketbolçuların Avroliqa turnirində pley-off mərhələsinə start verilib.

İlk oyun günündə iki görüş keçirilib. Müntəzəm çempionatı lider kimi tamamlayan "Fənərbağça" "Jalqiris"i qəbul edib. İstanbul təmsilçisi çətinlik çəkmədən qələbə qazanaraq seriyada önə keçib. Nikola Kaliniç 16 xalla matçın ən məhsuldar ismi olub. "Jalqiris"in heyətində isə Marius Qriqonis 10 xalla oynayıb.

ÇSKA - "Baskoniya" oyununda da ev sahibləri rəqibini asanlıqla məğlub ediblər. Serxio Rodriqes 19 xalla komandasının qələbəsində əsas pay sahibi olub. "Baskoniya"da Şavon Şildsin 17 xallıq performansı qalibiyyət üçün yetərli olmayıb.


Avroliqa

Pley-off

ÇSKA (Rusiya) - "Baskoniya" (İspaniya) - 94:68

Seriyada hesab - 1:0


"Fənərbağça" (Türkiyə) - "Jalqiris" (Litva) - 76:43

Seriyada hesab - 1:0


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR