"Fənərbağça"ya Özil şoku

"Fənərbağça"nın ulduzu Mesut Özil ən azı bir ay müddətinə sıradan çıxıb.

Sport7.az xəbər verir ki, Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Superliqanın 28-ci turu çərçivəsində evdə "Antalyaspor"la 1:1 hesablı heç-heçə etdikləri  matçda zədələnib. O, 67-ci dəqiqədə ayaq əzələlərindən xəsarət alaraq, meydanı xərəkdə tərk edib.

Bu nəticədən sonra "Fənərbağça" 27 oyuna 55 xalla 3-cü, "Antalyaspor" isə 35 xalla 10-cu pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR