Fernando Alonso:

Fernando Alonso: "Formula 1"-ə qayıtmaq barədə düşünmürəm"

"Formula 1" üzrə 2 qat dünya çempionu Fernando Alonso yenidən bolidin sükanı arxasına əyləşmək niyyətində olmadığını bəyan edib.

Sabiq ispan pilot açıqlamasında öz nəticələrini Madrid "Real"ı ilə müqayisə edib:

"Qayıtmaq barədə düşünmürəm. İdmanda hansısa unikal nailiyyətə nail olmaq üçün çox əziyyət çəkməlisən, zaman-zaman uğursuzluqlara düçar olmalısan. 32 yarışda qalib olmaq üçün 300-dən artıq Qran-pridə iştirak etmişəm. Bu mənada 100 illik tarixində 13 dəfə Çempionlar Liqasının qalibi olan və tarixin ən uğurlu klubu sayılan "Real"a nəzər salmaq olar. İdmanda bu tip nümunələrin sayı elə də çox deyil. Ona görə də belə nailiyyətlər unikal hesab olunur".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR