Ferqyusson Bekhemi yada salmadı

Ferqyusson Bekhemi yada salmadı

Ser Aleks Ferqyusson birlikdə çalışdığı ən yaxşı futbolçuların adını açıqlayıb. Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis sabiq futbolçusu Devid Bekhemin adını çəkməyib.

Bekhem isə məsələyə fərqli açıqlama verib. O, buna heç də üzülmədiyini qeyd edib: "O, karyeram ərzində çalışdığım ən yaxşı baş məşqçi idi. "Mançester Yunayted"də komandamın uğur qazanması üçün əlimdən gələni etdim. Ferqyussonla razılaşıram. Mən dünya səviyyəli  futbolçu deyildim".

Xatırladaq ki, Ferqyusson çalışdığı ən yaxşı futbolçular sırasında Erik Kantona, Pol Skoulz, Rayan Giqz, Kriştiano Ronaldonun adını qeyd edib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR