"Ferrari" Sebastyan Fettellə bağlı qərarını açıqladı

"Formula 1"in 2020 mövsümü başlamasa da "Ferrari" pilot Sebastyan Fettellə bağlı açıqlama verib.
 
Sport7.az xəbər verir ki, komanda Fettelin mövsümün sonunda bitməli olan müqaviləsini yeniləməyəcək. 
 
2015-ci ildə "Red Bull"la yaşadığı 4 çempionluğun ardından "Ferrari" ilə müqavilə bağlayan pilot "Mersedes" dominasiyasını keçə bilmədi. Mövsümlərin sırasına uyğun olaraq "Ferrari" ilə 2 dəfə ikinci olan alman pilot 1 dəfə 3, 4 və 5-ci pillələri də tutub. Onun karyerasına davam edib-etməyəcəyi, yaxud hansısa komandaya keçəcəyi maraqla gözlənilir.
 
Ayrılıq qərarından sonra mətbuata açıqlama verən Fettel bunun səbəbinin heç də maliyyə olmadığını deyib. O gələcək karyerası ilə bağlı düşünəcəyini də vurğulayıb.
 
Fettel "Ferrari" komandasındakı karyerası ərzində 102 yarışda iştirak edib. Bunlardan 12-ni qələbə ilə başa vuran pilot 54 dəfə podyuma çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR