Ferstappen:

Ferstappen: "Honda" ilə olan layihəmizə inanıram"

"Red Bull" pilotu Maks Ferstappen "Honda" ilə birgə layihələrinin uğurlu olduğuna inanır. O, "Racefans"a müsahibəsində bu barədə danışıb:

"Əlbəttə, inkişaf etməli olduğumuzu başa düşürük. Ancaq mən "Honda" ilə olan layihəmizə inanıram. Nəticələri yaxşılaşdırmaq üçün çox çalışırıq. Növbəti yarışları gözləmək lazımdı. Bir az gücü artırsaq və balansı tənzimləsək, hər şeyi kökündən dəyişə bilərik.

Bəli, Kanadada nəticələr istədiyimiz kimi olmadı. Bununla belə, xal qazandığımız üçün vəziyyətdən məmnunuq. Ümumiləşdirsək, dördüncü başlasam da, yekunda beşinci ola bilərdim".

Ferstappen ötənilki şassinin daha rəqabətə davamlı olduğunu sözlərinə əlavə edib:

"Ötən il Monakoda bolidimiz "Mersedes" və "Ferrari"dən çox yaxşı idi. Bu mövsüm eynisini demək çətindi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR