"Fettel "Ferrari"dən ayrılmalıdı" - Helmut Marko

"Red Bull"un məsləhətçisi Helmut Marko Sebastyan Fettelin əvvəlki performansını bərpa etməsi üçün "Ferrari"ni tərk etməli olduğunu düşünür:

"Özünə inanmayanda səhv etməyə başlayırsan. Bu, özündən asılı olmadan baş verir. Sebastyanın fərqli mühitə ehtiyacı var. Başqa sözlə desək, o, başqa komandaya keçməlidi. Ancaq məncə, 2020-ci ildə bunun reallaşmaq ehtimalı, demək olar ki, yoxdu".

"Red Bull"un meneceri Conatan Vitli isə alman pilotun ailə atmosferinə ehtiyacı olduğunu bildirib:

"Sebastyan çox intellektual, həssas və mehriban biridi. Həyat yoldaşını və uşaqlarını necə sevdiyinə diqqət yetirin. Və ya Silverstounda Çarli Vaytinqin şərəfinə dediyi fantastik sözləri xatırlayın. Həmişə yüksək səviyyədə çıxış edən Mixael Şumaxer, ya da Fernando Alonso kimi möhkəm xarakterə sahib deyil. Uğur qazanmaq üçün Sebastyanın sonsuz dəstəyə ehtiyacı var. "Red Bull"da lazım olan dəstəyi ala bilirdi. Görünən odu ki, "Ferrari"də belə atmosfer yoxdu".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR