FİBA ilə Azərbaycan Basketbol Federasiyası arasında görüş keçirildi

FİBA ilə Azərbaycan Basketbol Federasiyası arasında görüş keçirildi

Bu gün, 2020-ci il aprelin 29-da Avropa Basketbol Federasiyasının (FİBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan milli basketbol federasiyaları ilə videokonfrans keçirilmişdir.
 
Sport7.az xəbər verir ki, onlayn-konfransda koronavirus pandemiyasının nəticəsində üzv ölkələrdə yaranmış mövcud vəziyyət və onun milli federasiyalarının fəaliyyətinə təsiri barədə geniş müzakirələr aparılmışdır.
 
Onlayn-konfransda çıxış edən Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov koronavirus pandemiyasının təsiri nəticəsində ölkəmizdə yaranmış vəziyyət, və Azərbaycan hökümətinin bu xəstəliyinin yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi çevik, zəruri qabaqlayıcı və preventiv tədbirlər haqqında ətraflı məlumat vermişdi. Nadir Nəsibov həmçinin bu vəziyyətdə Azərbaycan Basketbol Federasiyasının ölkədaxili yarışlarla bağlı qəbul etdiyi qərarları konfrans iştirakçılarının diqqətinə çatdırmışdı.
 
Onlayn-konfransda Avropa basketbol federasiyalarının rəsmiləri ilə yanaşı FİBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jean-Pierre Suitat, vitse-prezidentlər Carmen Tocala və John Goncalves, icraçı direktor Kamil Novak iştirak etmişdilər.

Eyni zamanda qeyd etməliyik ki, dünən, aprelin 28-də Azərbaycan Basketbol Federasiyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov üzv olduğu FİBA Avropa kiçik ölkələrinin komissiyasının onlayn-konfransında iştirak etmişdir.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR