FİFA Aleks De Souza və Georgi Haci ilə bağlı sorğuya start verib

FİFA Aleks De Souza və Georgi Haci ilə bağlı sorğuya start verib

FİFA "Qalatasaray” və "Fənərbağça”ın əfsanəvi futbolçuları George Haci ilə Aleks de Souzanın Türkiyə Super Liqasındakı çıxışına əsasən sorğuya start verib.

Sport7.az xəbər verir ki, ali futbol qurumu tvitter səhifəsində azarkeşlərdən "10 nömrələr”in Türkiyə çempionatındakı çıxışının dəyərləndirilməsini istəyib.

Bu gün səhər başladılan sorğuya artıq 300 mindən çox azarkeş qatılıb. Hazırda davam edən sorğuda braziliyalı ilə rumıniyalı, demək olar ki, bərabər sayda səs toplayıb. Gah Aleks, gah da Hacinin cüzi üstünlüyə malik olması iki komanda azarkeşləri arasında gərgin mübarizənin olduğunu göstərir.

Haci 1996-2001-ci illərdə "Qalatasaray”ın heyətində Super Liqada 192 oyunda 71 qol vurubsa, Aleks de Souza 2004-2012-ci illərdə "Fənərbağça” formasında 344 matçda 171 dəfə fərqlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR