FİFA

FİFA "Barselona"ya verdiyi cəzanı Madrid "Real"ına verəcəkmi?

FIFA İspaniyanın "Real” klubu haqqında "transfer pəncərəsi"ndə qanunsuzluğa yol verdiyi üçün araşdırmalara başlayır.

Sport7.az xəbər verir ki, kral klubunun xarici əlaqələr direktoru Emilio Butrakenonun sözlərinə görə, FİFA "Real"dan son 5 ildə reallaşdırdığı 51 gənc futbolçunun transferinin siyahısını tələb edib.

"Kral klubu" isə bildirir ki, komanda transfer siyasətində heç bir qanunsuzluğa yol verməyib, yayılan məlumatlar sadəcə şaiyədir. 

Xatırladaq ki, FİFA 18 yaşdan aşağı futbolçuların komandaya cəlb edilməsində qanunsuzluğa yol verdiyi üçün digər bir ispan klubu – "Barselona”nın transferinə 1 illik qadağa qoyub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR