Afrika
Futbol Konfederasiyasının (CAF) prezidenti və FİFA-nın vitse-prezidenti Əhməd
Əhməd 5 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Sport7.azxəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
60
yaşlı futbol funksioneri vəzifəsindən sui-istifadə etdiyinə və vəsait mənimsədiyinə
görə bu cəzaya məruz qalıb. Həmçinin o, 200 min İsveçrə frankı cərimə ödəməli
olacaq. (Qafqazinfo)