FİFA-dan

FİFA-dan "Arsenal"a cərimə

FİFA "Arsenal"ı cərimələyib.
 
Sport7.az xəbər verir ki, dünyanın ali futbol qurumu ingilis klubunu 40 min İsveçrə frankı (təxminən 37.6 min avro) məbləğində cərimə təyin edib. Buna klubun transfer qaydalarını pozması səbəb olub. Bununla bağlı London təmsilçisinə xəbərdarlıq da edilib. Klub 2018-ci ildə Yunanıstan PAOK-una satdığı Çuba Ekpomun və İtaliya təmsilçisi "Frosinone"yə keçən Coel Kempbellin transferinə görə cəza alıb. 

"Arsenal"ın futbolçuların başqa İngiltərə təmsilçisinə satılmaması üçün klublara şərt qoyduğu üzə çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR